Mobil telefonu keçirmək istərkən yaxalandı

media-hightechnic-468x90

8284687481f2e76a9bd04f39d08216a1Yenicag.az apa-ya istinadən bildirir ki, Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nicat Əmir oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bacısı oğlu Samir Cəmil oğıu Əhmədovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman əynindəki qış gödəkcəsinin sağ cibində gizlədilmiş, daxilində danışıq kartları olan iki ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa