Möcüzə şəklində sağ qaldılar

media-hightechnic-468x90

kayip-ucaktaki-mucize-5137260İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan və 162 sərnişinlə birlikdə radarlar itən Air Asia hava yollarına məxsus təyyarə böyük bir möcüzəyə səbəb olub.

Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə,  10 nəfərlik ailə sözügedən təyyarənin dəyişidirilən vaxtından xəbərsiz qalıb.  Nəticədə onlar təyyarəni qaçırmaqla yanaşı, öz həyatlarını da beləcə xilas etmiş oldular.

Qeyd edək ki,  ailə həmin reys üçün bilet almışdı. Lakin təyyarənin uçuş vaxtı dəyişidirilir və bu barədə bütün sərnişinlərə elektron poçt vasitəsilə məlumat göndərilir. Xoşbəxtlikdən mesaj bu ailəyə çatmır. Sonradan ailə bütün olanlar barədə məlumat əldə edir.

Ailənin üzvü 36 yaşlı Chirtianawati “Allah taleyimizi belə yazıb, Allah mən və ailəmin o təyyarəyə minməsini istəmədi”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600