Bugün, mərhum jurnalist Zülfüqar Hüseynzadənin qurucusu olduğu Moderator.az saytının fəaliyyətə başlamasından 12 il ötür.
Yenicag.az xəbər verir ki, 2012-ci ilin noyabr ayının 1-də fəaliyyətə başlayan informasiya portalı qısa müddətdə Azərbaycanda ciddi media qurumu kimi tanınıb.
Moderator.az, Hüseynzadənin rəhbərliyi altında formalaşdırdığı peşəkar kollektivin və obyektiv xəbərləmə prinsipinin sayəsində ölkədə nüfuz qazanıb. Hazırda sayta mərhum jurnalistin oğlu Hüseyn Ələsgərov rəhbərlik edir və atasının başladığı yolda uğurla irəliləyir.
Sayt iki dildə – Azərbaycan və rus dillərində yayımlanır və ölkə mediasında xüsusi yerə malikdir. Moderator.az-ın informasiya bölmələrində Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman sahələrinə dair xəbərlər, eləcə də region və dünya hadisələri haqqında operativ məlumatlar yer alır.
Xatırladaq ki, jurnalist Zülfüqar Hüseynzadə bu ilin iyun ayında doğma yurdu Kəlbəcərin Başlıbel kəndinə səfəri zamanı dünyasını dəyişib.
“Yeni Çag” Media Qrupunun kollektivi adından həmkarlarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!
www.yenicag.az