Möhsün Rzayi ABŞ hərbi gəmilərini batırmaqla hədələdi

media-hightechnic-468x90

İranın yüksəkvəzifəli rəsmisi və ali liderin hərbi müşaviri Möhsün Rzayi çərşənbə günü Hörmüz boğazındakı ABŞ hərbi gəmilərinin hədəfə alınacağını bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb. Möhsün Rzayi açıqlamasında ABŞ dəniz qüvvələrinin İranın raket buraxıcılarının hədəfində olduğu barədə xəbərdarlıq edib.

“Çox güman ki, qardaşlarımız raketləri köçürüblər və onları “USS Abraham Lincoln”u və bütün ABŞ hərbi gəmilərinə yönəldiblər. İndi hamısı hədəfdədir və biz hamısını batıracağıq. Onlardan heç birinin qaçmasına icazə verməyəcəyik. Bir qayda olaraq, bir sıra razılaşmalardan sonra ilk addım atəşkəs olmalıdır. Buna görə də mən bunu atəşkəs hesab etmirəm. Bu, sükutdur”, – deyə Rzayi rəsmi mediaya verdiyi müsahibəsində söyləyib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05