Futbol üzrə Azərbaycan I Divizionda çıxış edən MOİK klubu Premyer Liqaya vəsiqə qazanıb.
Yenicag.az xəbər verir ki, “hərbiçilər” XXII turda evdə “Keşlə-2”ni 2:1 hesabı ilə məğlub etməklə bunu rəsmiləşdirib.
Bu qələbə sayəsində xalını 56-ya çatdıran MOİK 42 xalla 3-cü pillədə qərarlaşan “Zaqatala” üçün əlçatmaz olub. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv 2019/2020 mövsümündə Premyer Liqada yer almaq üçün lisenziyalaşdırma prosesi çərçivəsində tələb olunan bütün sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna təqdim etməlidir.
Qeyd edək ki, MOİK elitaya vəsiqəni təmin etsə də, çempionluq mübarizəsi hələ dava edir. Çünki 2-ci yerdəki “Sumqayıt-2” 50 xala malikdir.
www.yenicag.az