Moldova xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

Fevral ayının sonunda Moldova xarici işlər nazirinin müavini Lilian Dariy Azərbaycana səfər edəcək.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

O bildirib ki, L. Dariy Bakıda Azərbaycan-Moldova XİN-lər arasındakı siyasi məsləhətləşmələrdə iştirak edəcək.

Bu il həmçinin Azərbaycan-Moldova iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasda Moldova baş nazirinin müavini Oktavian Kalmık iştirak edəcək. İclas zamanı iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri müzakirə olunacaq.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa