“Bilmək olmaz, Zəngəzur dəhlizi açılana qədər İrandakı mollakratiya rejimi hakimiyyətdə qalacaq, ya yox”.
Bunu İranın “Zəngəzur dəhlizinin açılmasına icazə verməyəcəyik” bəyanatına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüsynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynlinin sözlərinə görə, İranın böyük güclərin layihəsinə qadağa qoyacaq gücü yoxdur:
“İran yenə də köhnə şakərindən əl çəkmir. Təhdidlər və şantajlar vasitəsi ilə nələrisə dəyişdirmək arzusunu ifadə edir. Bu mümkün deyil.
İngiltərə, Çin, Rusiya, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını istəyirsə və bu dəhliz Avroasiya materiki üçün mühüm nəqliyyat xəttlərindən biri olacaq, dünya əhəmiyətli logistik mərkəz funksiyasını yerinə yetirəcəksə, demək ki, İranın dediklərinin hamısı mənasız söhbətlərdir. Hələ bilmək olmaz, o logistik mərkəz açılana qədər İrandakı mollakratiya rejimi hakimiyyətdə qalacaq, ya yox.
İranın bu cür bəyanatlarına əhəmiyyət verməyə dəyməz. Onlar özlərini elə göstərməyə çalışırlar ki, guya nəyisə dəyişə bilərlər. Hesab edirəm ki, İranın heç öz daxilində nələrisə dəyişəcək gücü qalmayıb”.
Səxavət Məmməd
www.yenicag.az