Moskva istilərə inanmır

media-hightechnic-468x90

lopMoskvada isti havalar rekord qırır.

Moskvaya bu il yeniden isti havalar rekord qırır. Son 120 ilin ən quraq yay mövsümünün yaşandığı Moskvada 37 dərəcə istilik qeydə alınıb. Günün altında 42 dərəcə hiss edilən isti havalar vətəndaşları çıxılmaz vəziyyətdə qoyub. Qadağan olmasına baxmayaraq su şırnaklarında sərinləməyə çalışan vətəndaşlar parklara və şəhər kənarındakı göllərə axın edir.

Moskva sakini Nadejda Uspenskaya bildirib ki əslində yayda havanın isti olması normaldır, ancaq Moskvadakı bu isti çox anormaldır. Uzun illərdən bəri belə bir istiliyi görmədiklərini deyən sakin bu havada ancaq parkda ağacın altında sərinlənmək istədiyini dedi.

Vətəndaşları məcbur qalmadıqca evdən çıxmamağa çağıran sinoptiklər isə gələn həftədən etibarən Moskvada havanın mövsüm normalarına dönəcəyini deyirlər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600