Moskva üçün İKİLİ SEÇİM: Bakı ilə dostluq, yoxsa gərginlik?

media-hightechnic-468x90

“Azərbaycan və Rusiya arasında münasibətlərin qorunması və əməkdaşlığın davam etdirilməsi Rusiyanın da maraqlarına cavab verir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli deyib.

media-elsadmirbesiroglu1

O, Rusiyadan Azərbaycana qarşı səsləndirilən əsassız bəyanatlara qarşı fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Rusiyada bəzi şəxslər Azərbaycan haqqında münasibətləri gərginləşdirə biləcək fikirlər səsləndirirlər:

“Halbuki Azərbaycan Cənubi Qafqaz regionunda mühüm mövqeyə malik, güclü, etibarlı və əməkdaşlıq üçün böyük imkanlara sahib bir dövlətdir. Şübhəsiz ki, Azərbaycanla münasibətlərin normal məcrada inkişaf etdirilməsi və əməkdaşlığın davam etdirilməsi hər şeydən əvvəl Rusiyanın öz maraqlarına cavab verir. Ölkəmiz hər zaman mehriban qonşuluq münasibətlərinin inkişafını dəstəkləyir”.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də “Əl Ərəbiyyə” telekanalına müsahibəsində ölkəmizin mövqeyini açıqladı:

“Xatırladaq ki, Rusiya helikopteri yanlışlıqla vuruldu. Dövlət başçımız dərhal Rusiya Prezidenti ilə əlaqə saxlayaraq üzrxahlığını bildirmiş, Müdafiə Nazirliyi vasitəsilə həlak olanların ailələrinə təcili kompensasiya ödənilməsini təmin etmişdir. Lakin təyyarəmizlə bağlı haqlı tələblərimizə, eləcə də Rusiyada soydaşlarımıza qarşı sərt münasibət halları ilə bağlı irəli sürülən etirazlarımıza bu günə qədər lazımi cavab verilməyib. Bununla yanaşı, ölkəmizin ünvanına münasibətləri gərginləşdirə biləcək fikirlər də Rusiyada ayrı-ayrı şəxslər tərəfindən səsləndirilir. Bu isə sözsüz ki, ilk növbədə Rusiyanın öz maraqlarına ziddir”.

“Azərbaycan və Rusiya arasında münasibətlərin qorunması və əməkdaşlığın davam etdirilməsi Rusiyanın da maraqlarına cavab verir. Bu baxımdan, Rusiyanın rəsmi dairələri bu kimi halların qarşısının alınması istiqamətində daha fəal mövqe nümayiş etdirməlidirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa