!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MOSSAD Trampın telefon danışıqlarını necə dinləyib? - Qalmaqal böyüyür

!Reklam – Yazi

İsrailin Ağ Evdəki telefon danışıqlarını dinləməsi ilə bağlı iddia ətrafında gərginlik artır.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail kəşfiyyatının Ağ Evdəki telefonları dinləmək üçün xüsusi qurğu yerləşdirdiyinə dair iddia Vaşinqton və Tel-Əviv arasında gərginliyi gücləndirib.

Bu barədə yayılmış məlumatlara görə, Ağ Evdə telefon danışıqlarını qeydə alan və qısa mesajları izləyən məxfi qurğunun mövcudluğu 2017-ci ildə üzə çıxıb. İddiaları araşdıran Federaal Təhqiqatlar Bürosunun (FTB) yüksək rütbəli məmurları həmin qurğunun İsrail casusları tərəfindən yerləşdirildiyini müəyyənləşdiriblər.

Bu barədə açıqlama verən sabiq FTB əməkdaşı sözügedən qurğunun birmənalı olaraq, Trampın telefon danışıqlarını dinləmək üçün yerləşdirildiyini əminliklə bildirib.

Məsələyə münasibət bildirən İsrailin baş naziri Binyamin Netanyahu bu iddianı inkar etsə də, ABŞ prezidenti Donald Tramp Ağ Evin bağçasında jurnalistlərlə görüşü zamanı “Hər şey mümkündür”, – deyərək, ortadakı gərginliyi daha da artırıb.

Trampın bu açıqlamasından sonra İsrailin xarici işlər naziri İsrail Katz bəyanat verərək, ölkəsinə qarşı irəli sürülmüş ittihamı rədd edib. O, İsrail və ABŞ arasında dərin kəşfiyyat əməkdaşlığının qurulduğuni xatırladıb.

Lakin baş nazir Netanyahu Moskva səfəri zamanı səsləndirdiyi “ABŞ-a qarşı hər hansı casusluq fəaliyyətini qadağan etmişəm” fikirləri ilə ortadakı şübhələri daha da dərinləşdirib.

Firuzə Alimova

COP29

www.yenicag.az

1968
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv