Mosulun azad edilmə tarixini İraq ordusu müəyyənləşdirəcək

media-hightechnic-468x90

fe1cd04c3c9b2f1a73d0e93757f921ecRəsmi Bağdad Mosul şəhərinin “İŞİD” silahlılarından azad edilməsi üzrə əməliyyatın miqyasını və vaxtını özü müəyyən edəcək.

Yenicag.az apa-ya istinadən bildirir ki, bunu İraqın müdafiə naziri Xalid əl-Obeydi bəyan edib.

“Bu bizim, İraq ordusunun savaşıdır. ABŞ-ın rəhbərliyi ilə koalisiyanın rolu yalnız hava zərbələrindən ibarətdir. Bu barədə müvafiq razılaşma mövcuddur”, deyə X.Obeydi türkiyəli həmkarı İsmət Yılmaz ilə görüşdən sonra bildirib.

İ.Yılmaz isə, öz növbəsində qeyd edib ki, Türkiyə Mosulun azad edilməsində İraqa nəqliyyat və kəşfiyyat sahəsində hərbi yardım göstərməyə hazırdır.

Xatırladaq ki, fevralda ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Mosul şəhərinin azad edilməsi əməliyyatını aprel-may aylarında başlanacağını bildirmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600