MSK partiya nümayəndələrini qeydə aldı

media-hightechnic-468x90

1413218482849960340_600x400Mərkəzi Seçki Komissiyasından Yenicag.az-a verilən xəbərə görə, bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

İclasda beynəlxalq qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600