Aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatıb.
Yenicag.az xəbər verir ki, bu günə qədər Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 32-si MSK-ya maliyyə hesabatı təqdim edib.
Həmin siyasi partiyalardan 20-i MSK-ya boş maliyyə hesabatı təqdim edib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Naminə Alyans Partiyası
2. Azərbaycan Liberal Partiyası
3. Azərbaycan Xalq Demokratik Partiyası
4. Azərbaycan Respublikaçılar Partiyası
5. Azərbaycan Kommunist Partiyası
6. Klassik Xalq Cəbhəsi Partiyası
7. Müasir Musavat Partiyası
8. “Milli Vəhdət” Partiyası
9. “Birlik” Partiyası
10. Azərbaycan Milli Demokrat Partiyası
11. Azərbaycan Təkamül Partiyası
12. “Qorqud” Partiyası
13. Vahid Azərbaycan Partiyası
14. Demokratik Azərbaycan Dünyası Partiyası
15. Azərbaycan Yurddaş Partiyası
16. Azərbaycan Xalq Partiyası
17. “Azərbaycan Mübarizləri” Partiyası
18. Vətəndaş Birliyi Partiyası
19. Böyük Azərbaycan Partiyası
20. Azərbaycan Liberal Demokrat Partiyası
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir./Report/
www.yenicag.az