MTRŞ-dən yeni açılacaq iki kanal barədə açıqlama

media-hightechnic-468x90

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda yeni açılacaq iki IPTV kanalının fəaliyyətinə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov onların internet TV-lər olduğunu deyib.

“Yəni IPTV kabel şəbəkəsi yayımının bir növüdür. Sadəcə olaraq burada kabel vasitəsilə deyil, internet vasitəsilə müəyyən televiziya kanallarının abunəçiyə ötürülməsi nəzərdə tutulur. Bu fəaliyyət lisenziya tələb etdiyindən MTRŞ hər iki kanala lisenziya verib. Bunların efirə aidiyyəti yoxdur”.

Qeyd edək ki, mayın 16-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

İclasda “Farrux Teleradio” MMC-nin və “Shakh Telecom” MMC-nin IPTV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu – internet, IP TV) üçün müddətsiz lisenziya verilib. (Trend)

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa