Reklam

Reklam

45210_xfxbmvvcr7Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda “Lider TV və Radio Azərbaycan” MMC və “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib.

Azərbaycan prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.5.3-cü bəndinin tələblərini icra etmədiyinə və Milli Televiziya və Radio Şurasının bununla bağlı tövsiyə və göstərişlərini yerinə yetirmədiyinə, həmçinin “Televiziya və radio yayımı haqqında» qanunun 35.2, 35.4, 35.7-ci maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan olunub.

Eyni zamanda «Televiziya və radio yayımı haqqında» qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin və “İctimai televiziya və radio yayımı haqqında” qanunun 15.3-cü maddəsinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə xəbərdarlıq elan edilib.

İclasda həmçinin kabel televiziyası yayımı sahəsindəki mövcud vəziyyət müzakirə olunmuş və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti qeyd edilmişdir. Eyni zamanda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 30.2-ci maddəsinə və Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 9.1-ci bəndinə uyğun olaraq kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri ilə bağlı bir sıra qərarlar qəbul edilib(axşam).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."