Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının mohkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.
Yenicag.az-ın xəbərinə görə, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.
Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var: “Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümümrespublika yayımçısı var idi, indi isə 12 ümümrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.
www.yenicag.az