Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilovun fundamental “Doqquz Bitik” 9 cildlik əsəri işıq üzü görəcək.
Yenicag.az xəbər verir ki, Cəlilov uzun müddətdən sonra qədim türk tarixi ilə bağlı kitabın nəşri üçün sponsor tapa bilib.
Bu məsələdə ona “Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov dəstək verəcək.
Məsələ burasındadır ki, alim bu günlərdə “facebook”dakı səhifəsində adıçəkilən əsərin 6 cildinin hələ də nəşr olunmadığına dair giley edib.
Firudin Cəlilovun gileyindən sonra Mübariz Mənsimov alimin statusuna şərh yazaraq, ona dəstək çıxıb.
“Dəyərli ustadım və qardaşım, Sizin kimi dəyərli insanların hər zaman yanındayam. İnşallah, mütləq sizinlə əlaqə yaradacağıq”, – deyə Mənsimov qeyd edib.
www.yenicag.az