Mübariz Qurbanlı Atiyantonu qəbul edib

media-hightechnic-468x90

84617Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın Bakıdakı səfiri Raden Prayono Atiyantonu qəbul edib.

Məlumata görə, görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanla İndoneziya arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf edir.

Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir isə ölkəsinin Azərbaycanla dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu bildirib. İki ölkə arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

 Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib və onu 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan “İslam alimlərinin 4-cü Beynəlxalq Konfransı”na dəvət edib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600