Mübariz Qurbanlı Möhsün Pakayini qəbul edib

media-hightechnic-468x90

DSC_0868Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Görüşdə Dövlət Komitəsinin sədri İran-Azərbaycan münasibətlərinin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığı vurğulayıb.

İki ölkə arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edən Səfir Möhsün Pakayin, Mübariz Qurbanlını DQİDK-ya sədr təyin edilməsi münasibəti ilə də təbrik edib.

Görüşdə Azərbaycan və İran arasında din sahəsində əməkdaşlıq, dini təhsil, həmçinin birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600