Mübarizəsiz qalib gələn boksçumuz
AİBA Pro Boxing turnirində 69 kq çəki dərəcəsində növbəti görüşlər keçirilib.
Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə döyüşsüz qalib elan olunub. Onun rəqibi Avstriya nümayəndəsi zədələndiyindən Bakıya gələ bilməyib və Abdullayev rinqə çıxmadan aktivinə ikinci qələbəni yazıb. Həmyerlimiz ilk görüşündə Macarıstan boksçusu Qyula Keytdən üstün olub.
Qeyd edək ki, Abdullayev AİBA Pro Boxing turnirinin ilk turunda rinqə çıxmayıb. O, ikinci mərhələdə zədələnən Fariz Məmmədovu əvəz edib.
Digər görüşlərin nəticələri:
Eimantas Stanionis (Litva)-Qyula Keyt (Macarıstan) 3:0 (60:54, 59:55, 59:55)
Rayton Okviri (Keniya)-Andrey Zamkovoy (Rusiya) 3:0 (59:55, 59:55, 59:55)
Onur Sipal (Türkiyə)-Denis Lazarev (Ukrayna) 3:0 (60:54, 60:54, 60:54)
(azadinform.az)