!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mucize doktor"da virus DƏHŞƏTİ - Fərman da yoluxdu - VİDEO

!Reklam – Yazi

Azərbaycanda da maraqla izlənilən “Mucize doktor” teleserialında Çində yayılan koronovirus mövzusuna toxunulub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın yeni bölümünün fraqmenti yayımlanıb.

Yeni bölümdə xəstəxanada koronavirusa bənzər bir virus yayılır və buna görə karantin elan edilir.

Təhlükədən yayına bilməyən Fərman doktor da bu virusa yoluxur və bir otağa yerləşərək, özünü ətrafdan təcrid edir.

Onun halının pisləşdiyini görən digər həkimlər çox kədərlənirlər. Qardaşı kimi gördüyü Fərmanı itirmək qorxusu yaşayan Ali Vefa həyatının ikinci dəhşətini yaşayır.

Ali Vəfanın, “Nəyə görə ehtiyatlı olmadın? Mən bir qardaşımı itirdim, daha bir qardaşamı da itirəcəyəm? Bəs mən yazıq deyiləm” – sözləri ilə gözyaşları içində etdiyi sitəm izləyiciləri duyğulandırıb.

 

COP29

www.yenicag.az

1993
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv