Müdafiə Naziri hərbi hissələrin sayını artırdı

media-hightechnic-468x90

uhkjuhk“Hərbi hissələrin sayı artırılıb. Bu, Silahlı Qüvvələrin quruluşunun təkmilləşdirilməsi çərçivəsində aparılan tədbirlərdəndir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu proses yeni silah və döyüş texnikasının alınması, regionda hərbi-siyasi vəziyyətdəki dəyişikliklər və digər faktorlarla əlaqədar aparılır.

Nazirlikdən o da vurğulanıb ki, hərbi hissələr yeni müasir silahlar, avadanlıqlarla təmin olunur: “Müdafiə Nazirliyinin rəhbərliyinin məqsədi ilk növbədə ordumuzu müasir ordulara uyğunlaşdırmaqdan ibarətdir. Bu səbəbdən də bütün istiqamətlər üzrə mütəmadi olaraq birlik, birləşmə və hərbi hissələrin bütün növ vasitələrlə təminatının yaxşılaşdırılması, müasir standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir və işlər davam etdirilir”.

aznews.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600