“Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyanın səsləndirdiyi sərsəm fikirlər ilk dəfə deyil”.
Yenicag.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur:
“Bu, növbəti dəfə erməni cəmiyyətini aldatmağa istiqamətlənmiş cəfəngiyyatdır. Cəmiyyətimizi düşmənin təxribatçı məlumatlarına uymamağa çağırıq”.
Qeyd edək ki, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz “Facebook” səhifəsində bildirib ki, guya Azərbayacan tərəfi mülki sakinlərin qısa müddət ərzində Naxçıvanın Günnüt kəndində yerləşən qəbristanlığa getməsi üçün Ermənistandan icazə alıb.
Xatırladaq ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
www.yenicag.az