“Müəllim-professor heyətindən tutulan vergi haqqı azaldılsın”-Gənc alim

media-hightechnic-468x90

1932198_10201939763950892_1285567013_nÖlkəmizdə dövlət ali məktəblərdə ödənişli təhsil alan tələbələr kifayət qədərdir. Eyni zamanda təhsilin bu nöünün keyfiyyəti həmişə müzakirə mövzusu olub. Hətta bəzi şəxslər düşünürlər ki, dövlət ali məktəblərində təhsilin ödənişli əsaslarla olması doğru deyil.
AMEA-nın tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı isə düşünür ki, “Xarici ölkələrdə olduğu kimi Azərbaycanda dövlət və özəl ali və orta təhsil müəssisəlırində təhsil ödənişli və ödənişsiz mövcuddur. Bu normaldır, amma gərək ödənilən təhsil haqqına nəzarət gücləndirilməli, bilavasitə həmin ödənişlər təhsil müəssində çalışan əmakdaşlarının maddi durumunun yüksəldilməsinə, maddi-texniki şəratinin yaxşılaşdırılmasına, əlavə ədəbiyyatın alınmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir.Təhsildən tutulan vergi azadılmalı, ümumiyyətlə, müəllim-professor heyətindən tutulan vergi haqqı 21-24 faizdən 4-10 faizə qədər azaldılmalıdır. Biz sözlə Azərbaycan Təhsili birbaşa strateji sahə olmalı, müəllim və elm adamının statusu həm cəmiyyətdə, həm də dövlət səviyyəsində özünə yer tutmalıdır.Dövlət tərfindən özəl təhsil sahəsinə də maliyyə yardımı edilməlidir. Ümid edərm ki, yaxın zamanlda MM-də qəbul olunacaq “Elm və təsil haqqında qanun”-da bunlar nəzərə alınacaqdır. Biz elm və təhsil adamları ölkə prezidenti İlham Əliyev tərəfində qəbul olunan qərar və farmanları dəstəkləyirik, daim ümid edirik bu sahədə prezident İlham Əliyev daha da uğurlu və məqsədəuyğun qərarlar verəcəkdir”.

Kamran/Yenicag

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600