Müəllim və tələbələr Sərkisyan Əleyhinə kampaniyaya qoşuldu

media-hightechnic-468x90

elmar_j6U52S9B9ySBakı Ali Neft Məktəbinin (BANM) bütün əməkdaşları və tələbələri Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulublar.

Bu barədə ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova məlumat verib.

BANM Tələbə Gənclər Təşkilatı, BANM-in Tələbə Həmkarlar Təşkilatı, o cümlədən BANM-in YAP Gənclər Birliyi və “Neftçi Mühəndislər” Tələbə Elmi Cəmiyyətinin üzvləri hər biri lazım olan imzanın toplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak ediblər:

“Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycan torpaqlarına qarşı erməni qəsbkarlığında, Dağlıq Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğalında və Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. S.Sərkisyan beynəlxalq cinayətkar kimi törətdiyi əməllərə görə cavab verməlidir və hərbi cinayətkar kimi tanınmalıdır”.

Qeyd edək ki, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilib. Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır(modern.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600