Müğənni Vasif: “Məni 5 milyon tanıyır, onu isə…”- VİDEO

Space telekanalında yayımlanan “Nahara qədər” verilişinin sabahkı qonağı müğənni Vasif Əzimovdur.

Yenicag.az bildirir ki, müğənni həmkarları ilə bağlı maraqlı açıqlamalar verib:

“Heç vaxt həmkarlarımla öz aramda “məni 5 milyon tanıyır, onu isə 10 nəfər”, deyə fərq qoymamışam. İstər xanım, istərsə də kişi müğənni olsun, ayrı-seçkilik etməmişəm, mənimlə oxumaq istəyənlə oxumuşam. Niyə də yox? Bir vaxtlar məni də heç kim tanımırdı. İnsan olaraq nə fərqimiz var ki?”

Qeyd edək ki, Vasif Əzimovun qonaq olduğu veriliş sabah saat 12:30-da əməkdar artist Sevinc Əliyeva və Şəbnəm Turanın təqdimatında yayımlanacaq. Verilişin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Cəvahir