Müğənninin pişiyi 11-ci mərtəbədən düşüb
“Pişiklərin 7 canı var” məsəli bir daha təsdiqləndi. Əməkdar artist Mətanət İsgəndərlinin 11-ci mərtəbədən yerə düşən pişiyi sağ qalıb.
Az qala ən çox sevdiyi varlığını itirmək qorxusunu yaşayan sənətçi hadisənin necə baş verdiyini belə nəql etdi: “Pişik birdən qucağımdan atlandı və yerə düşdü. Çox qorxdum. Aşağı düşüb baxdıq ki, sağdır. Təəccüblənsək də, çox sevindik”.
Mətanət xanım hündürlükdən yıxılan pişiyin xəsarət aldığını deyir: “Təcili olaraq onu həkimə apardım. Rentgen müayinəsində məlum oldu ki, sadəcə ayağı sınıb. Ayağına gips qoyulub, vaxtı bitəndə açılacaq”.
(anspress.com)