Müğənninin zinət əşyaları oğurlandı
YENİCAG.AZ xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Betül Dəmirin evində çalışan Yetər B. adlı köməkçisi, müğənninin bütün zinət əşyalarını vəv valyutasını oğurlayaraq qaçıb.
Keçən həftə oğurluq hadisəsindən xəbər tutan Demir, “Təxminən 3 aydır yanımda çalışırdı. Açarı vardı. Evdə patlarlarımı, çantalarımı tapa bilmirdim, lakin heç şübhələnməmişdim. İşdən ayrıldıqdan iki gün sonra zinət əşyalarımın olmadığını gördüm. Dəhşət içindəyəm” deyə açıqlama verdi.
Betül, hadisəni polisə bildirərkən, asayiş Şöbə Müdirliyi Oğurluq Büro Komandirliyi qrupları evdən barmaq izi götürüb. Daha sonra oğurluq edən xidmətçi haqqında bütün məlumatlar polislərə bildirildi.
Hadisə ilə əlaqədar istintaq davam edir.