Müsavatın ilk iclası
Bu gün Müsavat Partiyası Məclisinin ilk iclası keçirilir.
Tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə, iclasda Mərkəzi Nəzarət və Təftiş Komissiyasının (MNTK) və sərbəst Məclis üzvlüyünə boş qalan yerlərə seçkilər keçiriləcək.
Bugünkü seçkidə MNTK-ya 11, Məclisə isə 65 nəfər namizəd olub.
Məclis üzvlüyünə namizədlər arasında Gülağa Aslanlı, Alya Yaqublu, Könül Şamilqızı, Tural Abbaslı, Cavid Hacıbəyli, Rüfət Hacıbəyli, Əhəd Məmmədli, Nemət Kərimli, Razim Əmiraslanlı var. (qafqazinfo.az)