Dünya çempionatında keçirilən Uruqvay – Misir matçının ən yaxşısı seçilən Məhəmməd El Şenavi atdığı addımla diqqət çəkib.
Yenicag.az xəbər verir ki, misirli futbolçu oyundan sonra matçın ən yaxşısı seçilən oyunçulara verilən mükafatı qəbul etməyib.
Buna səbəb isə “ManoftheMatch” mükafatının pivə brendinin adı ilə bağlı olması olub.
Qeyd edək ki, sözügedən qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
www.yenicag.az