“Musəvi və Kərrubi həbsinin ləğvinə ümidvarıq”

media-hightechnic-468x90

şçlmlkuiİran Məhkəmə Sisteminin insan hüquqları qərargahının rəisi Məhəmmədcavad Laricani martın 18-də jurnalistlərə açıqlamasında 3 ildən çoxdur ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən danışıb.

Laricani “Musəvi və Kərrubinin həbsinin ortadan qaldırılması üçün hansısa qərar qəbul edilibmi” sualını belə cavablandırıb: “Mənim bu iki şəxslə köhnədən dostluğum və geniş əməkdaşlığım olub. Kaş 2009-cu ildəki fitnə (seçki nəticələrinə kütləvi etirazlar nəzərdə tutulur – red.) baş verməyəydi və biz bu iki əziz şəxsi indi siyasi şəxsiyyətlərin arasında görəydik. Aydın məsələdir ki, hər bir vətəndaşın hüquqlarının tapdanması və ya onun həbsə məhkum edilməsi xoşagəlməz bir haldır.

Musəvi və Kərrubinin işində bir sıra təhlükəsizliklə bağlı məsələlər olduğuna görə güman edirəm ki, işə baxılma prosesi davam etdirilməlidir. Hesab edirik ki, məsələ ilə bağlı son qərar qəbul etməklə onların həbsinə son qoyulması prosesini asanlaşdırmalıyıq. Biz Musəvi və Kərrubi həbsinin ləğvinə ümidvarıq”.

media forum

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600