“Müxalifət yaranmış şəraitdə yeni taktiki gedişlərini müzakirə edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədəki daxili siyasi durumu dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
Pənah Hüseynin müxalifət sadəcə müdafiə olunmur, əksinə fəaliyyətini davam etdirdiyini deyib:
“Gördüyünüz kimi, az qala hər gün müxalifətçilər həbs olunurlar, onlara qarşı absurd ittihamlar irəli sürülür, siyasi fəaliyyətə imkan verməmək üçün bütün addımlar atılır.
Bu şəraitdə müxalifət sadəcə, müdafiə olunmur – o, öz mövqeyində qalaraq, fəaliyyətini davam etdirir. Eyni zamanda, müxalifət yaranmış şəraitdə yeni taktiki gedişlərini müzakirə edir.
Aparılan məsləhətləşmələrin nəticələri hələlik müəyyənləşməsə də, bu barədə yəqin ki, zamanında məlumat veriləcək”.
A.Zeynalov
www.yenicag.az