“Müxalifətdəki bəzi partiyalar islahatların vacibliyini dərk edirlərsə...” - Fəzail Ağamalı

media-hightechnic-468x90

“Həqiqəti anlamağa başlayıblar və konstruktiv mövqe nümayiş etdirməyə çalışırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifətdəki Xalq (AXP), Milli İstiqlal (AMİP) və Böyük Azərbaycan (BAP) partiyalarının ölkədə aparılan islahatlara dəstək təşəbbüsünü dəyərləndirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının sözlərinə görə, bu təşəbbüs müxalifətdəki bəzi qüvvələrin ölkənin mövcud gerçəkliklərini dərk etməsinin göstəricisidir:

“Mən həmin toplantıya dəvət olunmamışdım. Lakin müxalifət partiyaları arasında hansılarsa həyata keçirilən islahatları dəstəkləyirlərsə, bu, yaxşı haldır.

Eyni zamanda, bu, onun göstəricisidir ki, müxalifətdəki bəzi partiyalar həqiqəti anlamağa başlayıblar və konstruktiv mövqe nümayiş etdirməyə çalışırlar.

Dövlətimizi hər hansı bir formada güləndirməyə xidmət edən, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə töhfə verən addımların əhəmiyyətinin bu və başqa şəkildə azaldılması cəhdləri isə qətiyyətlə pislənilməlidir”.

A.Zeynalov

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600