Müzəffər Özən: “Qazan-qazan məntiqi ilə hədəfimizə çatacağıq” – FOTO/VİDEO
“Qazan-qazan məntiqi ilə hədəflərimizə çatmaq məqsədimiz var”.
Bunu Yenicag.az-a videoümsahibəsində SYM Bəlgələndirmə Şirkətinin rəhbəri Müzəffər Özən deyib.
O, 35 müəllim tərəfindən idarəetmə sistemləri, davamlılıq, enerji və halallıq sənədləşməsi üzərində təlimlərin keçirildiyini bildirib.
“Xaricdə bir sıra akkreditasiya quruluşları və standart təşkilatları təlimi keçdik. Məqsədimiz ilk olaraq Türkiyədə sənədləşmə və təlim sahəsində bir nömrə olmaqdır. Verdiyimiz sertifikatlarla birgə gənclər dünyanın fərqli ölkələrində iş tapma bacarıqlarını inkişaf etdirmiş olacaq. 30 ilə yaxındır şirkətim olmadığı zamanlardan belə Azərbaycanla əlaqələrim mövcuddur. Məqsədimiz iki qardaş ölkənin birgə inkişafıdır”, – deyə o bildirib.
Xatırladaq ki, SYM Bəlgələndirmə Şirkəti 29 yanvar 2025-ci il tarixində fəaliyyətə başlayıb. Yerli və beynəlxalq səviyyədə davamlı inkişaf və təkmilləşmə prinsipini əsas götürərək, təlim və sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi məqsədilə qurulmuşdur. Qurum peşəkar bacarıqların artırılması, keyfiyyət standartlarının yüksəldilməsi və davamlı inkişafın dəstəklənməsi istiqamətində genişmiqyaslı təlim və sertifikatlaşdırma xidmətləri təqdim edir.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov