“Onsuz da sən pis günə qalanda, heç kim gəlib sənə bir stəkan su verməyəcək”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nadir Qafarzadə “Həmin Zaur” verilişində deyib.
Özündən başqa hamını düşündüyünü deyən müğənni yaşadığı peşmanlıqları dilə gətirib:
“Heç vaxt özümü düşünməmişəm, hamının fikrini çəkə-çəkə, yükünü beynimdə daşıya-daşıya gəlib bu yaşa çatdım. Amma baxıb görürəm ki, lazım deyilmiş.
İnsan yalnız özünü fikirləşməlidir. Həyata bir dəfə gəlmisən, gözəl yaşa. Onsuz da sən pis günə qalanda, heç kim gəlib sənə bir stəkan su verməyəcək.
Artıq o zamana gəlib çıxdıq. Pulun varsa, ye, iç kef elə. Heç kimi düşünmə. Çünki zamanında çox düşünürdük, artıq lazım deyil. Zaman gəlib çatacaq ki, sənin fikirləşdiklərin, halına yandıqların heç səni fikirləşməyəcək.
İndi söz düşəndə deyirlər, əşi pulu var, etməlidir də… Amma vaxt gələcək, onların pulu olanda deyəcəklər, xeyir ola, niyə kiməsə kömək etməliyəm. Ağlı olaydı, özünə gün ağlayaydı, mənə xərcləməyəydi”.
Nehru
www.yenicag.az