!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Naftoqaz” Rusiyanı məhkəməyə verdi - 5 milyard dollarlıq təzminat  

!Reklam – Yazi

Ukraynanın “Naftoqaz” şirkəti Krımın ilhaqından sonra şirkətə dəyən bütün zərərlərin geri qaytarılmasını tələb edir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “Naftoqaz” və onun 6 törəməsi “Çernomornefteqaz”, “Uktransqaz”, “Likvo”, “Ukrqazdobıça”, “Ukrtransnafta” və “Qaz Ukrainı” Rusiyaya qarşı sözügedən iddiasıyla bağlı Haaqa beynəlxalq arbitraj məhkəməsinə müraciət edib.

Məhkəmə prosesində şirkətlər qrupununun maraqlarını “Covington&Burling LLP” beynəlxalq hüquq şirkəti qoruyacaq. Rusiya Federasiyasına qarşı bir sıra məhkəmə işlərində çıxış edən hüquq şirkəti proseslərin birində 60 milyard dollar həcmində təzminat ödənilməsinə də nail olub.

“Naftoqaz”dan verilən məlumata görə, məhkəmə sözügedən iş üzrə 2018-ci ilin sonlarına qədər qərar qəbul edə bilər.

 

COP29

www.yenicag.az

1172
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv