Reklam: High Technic
hightechnic

"Qaçqınkom" sədrinin nəvəsinin cəzası açıqlandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi keçirilib.

Yenicag.az xəbər verir ki, o, məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə qəza törədib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. O, həmçinin hadisə yerindən qaçmaqda ittiham edillsə də, bu, məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib.

www.yenicag.az

11379