Tanınmış bəstəkar Nailə Mirməmmədli qızı ilə tədbirlərin birinə qatılıb.
Yenicag.az-a açıqlama verən N.Mirməmmədli qızı ilə bağlı bunları deyib:
“Minirə memar-dizaynerdir. Memarlıq və İnşaat Universitetini bitirib. 22 yaşı var, hələ ki, heç yerdə çalışmır. O, heç vaxt mənim və atasının adı ilə gündəmə gəlməyi də xoşlamır”.
Xanım bəstəkar ailə qurarkən qızının şəxsi həyatına müdaxilə edəcəyini də gizlətməyib:
“Təbii ki, ailə quranda qızımın öz seçiminə hörmətlə yanaşacam. Amma bilirəm ki, mənim məsləhətimi də mütləq nəzərə alacaq. Çünki qızım bütün günü mənimlədir, adam tanıyan deyil, oğlanı harda görəcək? Uşaqlarım belə rejimə öyrəşib, daha çox evə bağlıdırlar. Kim qızını başlı-başına buraxar ki, kimlə gəldi ailə qursun?! Mən də baxıb biləcəm ki, görüm ərə getdiyi oğlan kimdir, nəçidir”.
Cəvahir
Foto:Aytək
www.yenicag.az