“Böyük məbləğdə qonorar təklif etsələr, buna razı olaram”.
Bu sözləri “indiyə qədər hansısa bayağı müğənniyə böyük məbləğdə qonorar müqabilində mahnı vermisinizmi” sualını cavablandıran tanınmış bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Bəstəkar yalnız bir halda bu addımı atacağını söyləyib:
“Bayağı müğənni mənə heç vaxt müraciət etməz. Çünki bu günə qədər mahnılarımı səviyyəli müğənnilər oxuyub.
Əgər 30 il ərzində bayağı müğənnilərlə işləməmişəmsə, indən belə də yəqin ki onlar mənimlə əməkdaşlığa can atmaz.
Amma yüksək məbləğdə qonorar təklif etsələr, onlar üçün də mahnı yazaram. Bəlkə onda həmin müğənninin bəxti açılar. Mənim mahnımı oxuyandan sonra bayağı müğənni titulundan xilas olar”.
Cəvahir
www.yenicag.az