!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Namiqdən SƏRT İRAD: “Səsi olmayanları niyə efirə çıxarırsınız?”

!Reklam – Yazi

“Elə mahnılar və müğənnilər var ki, pul gücünə tanınırlar. Bir çoxu mahnısını pulla trendə salıb, saxta yollarla baxış sayını artırır”.

Bu sözləri sosial şəbəkələr vasitəsi ilə tanınan musiqilərdən və müğənnilərdən danışarkən tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Prodüser sosial şəbəkələrin olmadığı dövrlərdə sənət adamlarının çətin şəraitdə, min bir zəhmət hesabına tanındıqlarını və fəaliyyət göstərdiklərini bildirib:

“Bizim vaxtımızda sosial şəbəkələr, hətta hər adamda mobil telefonlar belə yox idi. Elə şəraitdə fəaliyyət göstərirdik. Dəhşətli dərəcədə çətin idi. İndiki vaxtda məşhurlaşmaq, fəaliyyət göstərmək, şou-biznes dili ilə desək, “rastkrutka” olunmaq çox asandır. Əvvəllər bir aya etdiyim işi indi bir günə edirəm. Son zamanlar sosial şəbəkələrlə məşhurlaşan o adamların cəmi 5 faizində sənətdən nəsə var, yerdə qalanda nə səs var, nə sənət. Xətirlərinə dəyməsin, normativlərə uyğun deyil. Bu sosial şəbəkələr onların əlinə bir girəvə kimi düşüb. Bir mahnı oxuyub, klip çəkdirib “Yutub”a qoymaqla populyar  olmağa çalışırlar, sonra da efirə çıxırlar. Mən günahı onlarda yox, efirlərdə görürəm. Niyə istedadı, səsi olmayanları efirə çıxarıb insanlarda çaşqınlıq yaradırlar?!”

N.Qafarov o mahnıları “tez alışıb, tez sönən” musiqilər kimi dəyərləndirib:

“Elə mahnılar və müğənnilər var ki, pul gücünə tanınır. Mahnını pulla trendə salıb, saxta yollarla baxış sayını artırırlar. Elə mahnılar tez alışıb, tez sönəndir. Əsl mahnı, əsl sənət, dahi sənətkarların musiqiləri illərdir yaşayır və bundan sonra da yaşayacaq”.

Cəvahir

COP29

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv