!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

!Reklam – Yazi

“Nar Home” TV xidməti “12 ayı ödəyənə 2 ay hədiyyə!” və “6 ayı ödə, 7 ay izlə! sərfəli kampaniyalarını təklif edir.

Bu kampaniyalar sayəsində mövcud B&BTV istifadəçiləri, “Nar Home” TV xidmətinin isə həm mövcud, həm də yeni abunəçiləri xidmətdən pulsuz yararlanmaq şansı əldə edirlər. Şərtlər çox sadədir: “12 ayı ödəyənə 2 ay hədiyyə!” kampaniyasına qoşulmaq üçün öncədən 12 aylıq ödəniş edərək 2 aylıq pulsuz TV xidməti əldə etmək, “6 ayı ödə, 7 ay izlə! kampaniyasından yararlanmaq üçün isə öncədən 6 aylıq ödəniş edərək 1 aylıq pulsuz TV xidməti qazanmaq olar.
B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Yeni təkliflər müddətsizdir və həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumatı 179 qısa nömrəsinə zəng etməklə, “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaqla və ya nar.az internet səhifəsinə daxil olmaqla əldə etmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir.

“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Yenicag.az

www.yenicag.az

1082
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv