Nardaranda əməliyyat - Silah-sursat aşkarlandı - FOTO

media-hightechnic-468x90

Bakının Sabunçu rayonunda silah-sursatın aşkar olunması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş “Naqan” tipli tapança, alışqanı ilə birgə 1 ədəd “F-1” qumbarası və 39 ədəd avtomat patronu tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600