!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Narkomanlara hüquqi yardım olunmalıdır?

!Reklam – Yazi

10965431_834885043236222_1469209757_nAzərbaycanda kifayət qədər narkotik istifadəçilərinin olduğu məlumdur. Ölkəmizdə belə şəxslər istər, sağlamlıq, istərsə də özlərinin hüquq və vəzifələrinin bilməməsindən dolayı xeyli əziyyət çəkirlər. Bəs görəsən bu insanlara lazımınca hüquqi yardım göstərilirmi? Yaxud onlar özlərinin hüquq və vəzifələrini bilirlərmi?

Advokat Hüquq Şirkəti direktoru Xanlar Xoca məsələni Yenicag.az-a belə şərh etdi:
“Azərbaycanda hər bir vətəndaş kimi narkomanların da hüquq və azadlıqları var və bu Azərbaycan Respublikası Konstitusiyasına, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. Əvvəla qeyd edim ki, narkotik istifadəçilərinin üzərində yalnız şəxsi istehlak miqdarından artıq narkotik maddə olarsa həbs edilə bilər. Şəxsi istehlak miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 oktyabr tarixdə verdiyi “Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı haqqında” 191 saylı qərarına əsasən hər bir narkotik maddəyə aid ayrıca müəyyən edilib. Əgər şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq narkotik maddə aşkar olunarsa artıq onun əməlində cinayət tərkibi yaranır və məsuliyyətə cəlb edilir.

Ümumiyyətlə, narkomaniya xəstəlikdir və narkomaniyadan əziyyət çəkən xəstələrin də pulsuz tibbi yardım almaq hüququ var. Hər bir narkotik istifadəçisinin yaxınları və ya özü müvafiq səhiyyə müəssisəinə müraciət edib bu asılılıqdan xilas olmaq üçün müayinə və müalicə olunması tələb edə bilər. Həkim–narkoloq psixoloqla birlikdə hər bir narkoloji xəstənin fərdi müalicə, sosial–psixoloji reabilitasiya və sonrakı müşahidə proqramını tərtib edir. Həmçinin narkomanlar cəmiyyətdə diskriminasiyaya məruz qalmamalı, digər vətəndaşlar kimi bütün hüquq-və azadlıqlardan bərabər istifadə etməlidirlər. Lakin təəssüf ki, bu gün digər məhkumlar kimi narkotik istifadəçiləri də azadlığa qovuşduqdan sonra işlə təmin olunmaqda çətinlik çəkirlər. Əksər işəgötürənlər keçmiş məhkumu, keçmiş narkomanı islah olunsa da, müalicə olunsa da işlə təmin etməyə tərəddüd edir. Ona görə də bu insanlara mütləq dövlət qurumları kömək etməlidir, layihələr həyata keçirilməlidir. Bu sahədə QHT-lərin fəaliyyətindən danışmağına dəyməz. Çünki hansısa layihə çərçivəsində pul alırlar, axırda ya bir broşüra, ya kitabça dərc edir, dəyirmi masa təşkil edib orada 2-3 millət vəkili çağırıb şəkil çəkdirib işlərini bitmiş hesab edirlər. Narkoman kitabça oxusaydı narkoman olmazdı ki? Mütləq tv-lərdə sosial çarxlar yayımlanmalı, bu insanların cəmiyyətə adaptasiya olunmasına kömək etmək lazımdır. Bu gün bir çox narkomanlar müalicə oluna bilmirlər, onlar elə bilirlər ki, artıq onlar üçün hər şey bitib, cəmiyyətə yararsızdırlar. Əslində elə deyil, həkim-narkoloqların və psixoloqların köməyi ilə narkotik istifadəçilərini müalicə etmək mümkündür, dövlət bunun üçün xüsusi tibb müəssisələri yaradıb və vəsait ayırır. Hər bir narkotik istifadəçisi pulsuz tibbi yardım almaq hüququndan, işlə təmin olunmaq hüququndan və digər hüquqlarından istifadə etməlidir. Mütləq hüquqi maarifçilik tədbirləri həyata keçirilməli, narkotik istifadəçilərinə vacib məlumatları çatdırmaq lazımdır. Çünki narkotik istifadəçisi qannları bilməsə sonradan narkotik maddə əldə etmək üçün qeyri-ixtiyarı olaraq onun satıcısına çevrilir. Hətta ən acınacaqlı budur ki, bir çox adamlar narkotik satışının cinayət olmadığını düşünürlər. Bu yaxınlarda telekanallardan birində vətəndaş açıq bildirdi ki, “xalam oğlu cinayət etməyib, adam öldürməyib, narkotik satmağa görə həbs edilib”.Bu artıq həyəcan təbili çalmağa kifayət edir”.

Kamran/Yenicag.az

COP29

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv