Narkotik keçirmək istəyən ana və qızı saxlanılıb

media-hightechnic-468x90

ad8fc5ba704f5ff2f19fee406c180da2Azərbaycanın gömrük orqanları 400 qramdan artıq narkotik vasitəni ölkə sərhədindən keçirmək istəyən iki qadını saxlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda aşkar edilib.

İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşları Fəridə Şahsuvarova və Səyyarə Şahsuvarova saxlanılaraq onların üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı S. Şahsuvarovadan gömrük nəzarətindən gizlədilmiş uzunsov formalı bükümlərdə ümumi xalis çəkisi 149,038 qram narkotik vasitə – heroin və xalis çəkisi 3,971 qram psixotrop maddə – metamfetamin, F. Şahsuvarovadan isə ümumi xalis çəkisi 251,688 qram narkotik vasitə – heroin aşkar edilərək götürülüb.

Məlumatda qeyd edilib ki, F. Şahsuvarova S. Şahsuvarovanın anasıdır.

Faktla bağlı DGK-nın İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600