Narkotiki ən ağlasığmaz yerdə gizlədi

media-hightechnic-468x90

88934İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama aparılıb.

Bu zaman ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə – tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə – metamfetamin aşkar olunub.

Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib. Nəticədə, İran vətəndaşının daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə – tiryək aşkar edilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05