Narkotiklə bağlı cinayətlərin SAYI AÇIQLANDI

media-hightechnic-468x90

2026-cı ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kq 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kq 653,24 qramını marixuana, 171kq 664,846 qramını heroin, 57 kq 520,39 qramını tiryək, 160 kq 241,04 qramını həşiş, 6 kq 536,7 qramını digər narkotik vasitələr və 23 kq 192,496 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülüb.
Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kq 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min AZN kimi qiymətləndirilir.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05