!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO admiralından Azərbaycana TƏŞƏKKÜR

!Reklam – Yazi

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycana təşəkkür edib.

Yenicag.az xəbər verir ki, o, təşəkkürünü oktyabrın 16-da Bakıda Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

O, həmçinin “NATO Günləri”nin Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

www.yenicag.az

3590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv