!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

NATO qərargahı yanında partlayış – 20 ölü, 40-dan çox yaralı (Yenilənib)

!Reklam – Yazi

1438908392_151_41579000sdfvƏfqanıstanda baş verən güclü partlayış nəticəsində ən azı 40 nəfər yaralanıb.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Yerli telekanal TOLO News-un məlumatına görə isə, partlayış nəticəsində 20-dən çox insan həlak olub. Əfqanıstanın Hama Press agentliyi isə ölü sayının 30-dan çox olduğunu bildirib.

Məlumat üçün bildirək ki, partlayış ABŞ səfirliyinin yaxınlığında baş verib. Səfirliyin yanında isə NATO-nun Əfqanıstandakı missiyasının mənzil-qərargahı, həmçinin bir neçə yüz metr məsafədə prezident iqamətgahı yerləşir.

Məlumata görə, partlayışa səbəb içərisində “kamikadze”nin olduğu bomba yüklü maşının partladılması olub. Baş verən terror aktına görə məsuliyyətli “Taliban” terorçu qruplaşması öz üzərinə götürüb. Bu barədə ekstremist hərəkatın “mətbuat katibi” Zabiulla Mücahid məlumat verib.

Hazırda hadisə yerinə çox sayda polis, eləcə də təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.

***

Əfqanıstanın paytaxtı Kabul şəhərində güclü partlayış baş verib.

Partlayış Kabuldakı ABŞ səfirliyinin yaxınlığında baş verib.

Əfqanıstan prezidenti Əşrəf Qani Kabulun mərkəzində baş verən partlayış zamanı ölən və yaralananların olduğunu bildirib. (Aznews)

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv