NATO şərq cinahını gücləndirir: Yeni komandanlıq strukturu yaradılır

media-hightechnic-468x90

NATO, Rusiya ilə mümkün müharibə halında Latviya və Estoniyaya qüvvələrin sürətlə yerləşdirilməsini asanlaşdıracaq yeni struktur vasitəsilə şərq cinahının müdafiəsini gücləndirəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə məsələdən agah olan iki mənbə “Reuters” agentliyinə bildirib.

Hazırda hər üç Baltikyanı ölkədə, eləcə də Polşanın şimalında yerləşən NATO qüvvələri Polşanın Şetsin şəhərindəki vahid çoxmillətli qərargahın komandanlığı altındadır. Planlaşdırılan dəyişiklik Rusiyanın Ukraynaya müdaxiləsindən bəri diqqət mərkəzində olan Baltikyanı regionun strateji əhəmiyyətini bir daha vurğulayır.

Hərbi rəsmilərdən biri ifadə eeib ki, region üçün ikinci korpusun ayrılması NATO-ya regionun məhdud strateji dərinliyini və zəifliyini kompensasiya edərək ora “böyük qüvvələri sürətlə” cəlb etmək imkanı verəcək.

Tam fəaliyyətə başladıqda bir ordu korpusu, adətən, üç diviziyaya, yaxud 40 -60 min nəfərlik qoşuna komandanlıq edir. Sülh dövründə o, normal olaraq karkas komandanlıq strukturu kimi fəaliyyət göstərir və ehtiyac yarandıqda qoşunların sürətlə yerləşdirilməsini təmin etmək üçün artilleriya, hava hücumundan müdafiə və tibb işçiləri kimi xüsusi funksiyaları hazır vəziyyətdə saxlayır.

Məlumata görə, Almaniya və Niderland NATO ilə koordinasiyalı şəkildə Almaniyanın Münster şəhərində yerləşən Alman-Niderland Korpusunu Latviya və Estoniyanın müdafiəsinə təhkim etmək barədə razılığa gəlib.

Avropalı müttəfiqlər ABŞ Prezidenti Donald Trampın kəskin tənqidləri fonunda öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət götürürlər. Tramp ən son olaraq NATO-nun avropalı üzvlərini İran müharibəsində dəstək nümayiş etdirməməkdə ittiham edib və Vaşinqtonun Almaniyadan beş min ABŞ hərbçisini geri çəkəcəyini bəyan edib.

Mənbələr bildirib ki, müqavilə sonuncu maneəni də dəf edib. Bu maneə korpus qoşunlarının çatışmazlığından ibarət idi. Söhbət istənilən korpusun uzaqmənzilli artilleriya, hava hücumundan müdafiə, eləcə də mühəndis və tibb işçiləri kimi sahələrdə ehtiyac duyduğu mühüm potensialdan gedir.

Mənbələrin sözlərinə görə, Almaniya və Niderland digər tərəfdaşlarla birlikdə indi bu qüvvələri formalaşdıracaqlar. Qərarın nə vaxt qüvvəyə minəcəyi və hər hansı bir münaqişə zamanı yeni qərargah bölməsinin komandanlığı altına nə qədər qoşunun keçəcəyi hələlik məlum deyil.

Niderland Müdafiə Nazirliyi korpusun təhkim olunmasının “hazırda daha dərindən işlənildiyini” bildirib və təfərrüat verməkdən imtina edib. Almaniya Müdafiə Nazirliyi isə NATO ilə davam edən koordinasiya işlərinə istinad edərək şərh verməyib. NATO məsələyə daha sonra cavab verəcəyini bildirib.

NATO rəsmiləri illərdir, Rusiyadan gələn təhlükənin artması barədə xəbərdarlıq edirlər. Onların fikrincə, Rusiya artıq 2029-cu ildə müttəfiq ərazilərinə genişmiqyaslı hücuma keçə bilər. Moskva isə aqressiv niyyətləri olduğunu təkzib edir və alyansı qonşu ərazilərə doğru genişlənərək gərginliyi artırmaqda ittiham edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05