!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Naxçıvanda kətə festivalı başlayır

!Reklam – Yazi

Naxçıvanda aprelin 8 və 9-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı başlayacaq.

Yeniçağ.az Naxcivantv.az –a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları muxtar respublikanın İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləridir.

Festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil ediləcəkdir.

Xəbərdə deyilir ki, “Kətə” festivalının keçirilməsi əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği ilə yanaşı, həm də bu mədəniyyətin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Kətə Azərbaycan mətbəxinə xas xəmir yeməyidir. Kətənin hazırlanma qaydasına görə qədimdən bu günə qədər Naxçıvanda şomu kətəsi, qarışıq göyərti kətəsi, çiriş kətəsi, cigitkən kətəsi, balqabaq kətəsi, mərcimək kətəsi, cəviz kətəsi, halvalı kətə, şirin kətə, döymə kətə kimi növləri vardır.

Yeniçağ.az

www.yenicag.az

797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv